Cümə axşamı
Fev 27

BRICS genişlənməni dayandırır?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
BRICS bir sıra problemlərə görə 2025-ci ildən sonra genişlənməyə davam etməyi planlaşdırmır.

King.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə təşkilata bir il sədrlik edən Braziliya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Son iki ildə BRICS-ə yeni üzvlər qoşulub, təkcə 2024-cü ildə 12 ölkə tərəfdaş olmaq üçün dəvət alıb, onlardan doqquzu artıq öz razılığını verib.

Braziliya XİN genişlənmə nəticəsində bir sıra institusional problemin yarandığını və tədbirlərin sayının artmasına görə çətinliklərin ortaya çıxdığını bildirib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.