0
Bazar
Yan 05

Misir Yəmənə hərbi müdaxilə edəcək?

HASANLY
Misir hakimiyyəti Yəmənə hərbi müdaxilənin gözlənildiyi iddialarını rədd edir və onların heç bir əsası olmadığını düşünür.

King.Az xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Yüksəksəviyyəli mənbənin sözlərinə görə, Qahirə İsrail mediasında Misirin Yəmənə hərbi müdaxiləyə hazırlığı ilə bağlı yayılan məlumatları təkzib edir. Mənbə başqa təfərrüat açıqlamayıb.

Bir gün əvvəl bir neçə İsrail KİV-i Misirin Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər - red.) ilə hərbi qarşıdurmaya hazırlaşdığı barədə xəbər vermişdi. Belə ki, İsrailin 14-cü televiziya kanalı belə bir qərarın Misirin Süveyş kanalından istifadədən əldə etdiyi gəlirlərin azalması fonunda verilə biləcəyini iddia edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.