Çərşənbə
Fev 26

Türkiyənin DİN rəhbəri Xocalı soyqırımının qurbanlarını yad etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

King.Az-ın xəbərinə görə, nazir "X" hesabında etdiyi paylaşımda bununla bağlı kədərini bölüşüb.

"33 il əvvəl bu gün Azərbaycanın Xocalı şəhərində dünyanın ən böyük qətliamlarından biri baş verdi.

Qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Bəşər tarixinə qara ləkə kimi düşmüş Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm.

Məkanları cənnət olsun.

Qəlbində vicdan daşıyan hər bir can bu qətliamı unutmayacaq", - deyə Ali Yerlikaya paylaşımda bildirib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.