0
Bazar ertəsi
Fev 17

Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Belemə gedən "COP30" yolu: "COP29"un nəticələri və gələcəyə baxış" adlı panel müzakirələrində iştirak edib.

King.Az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

"Deloitte" şirkəti tərəfindən təşkil olunan müzakirələr Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

"Bakıda qəbul edilmiş və Bakı İqlim Alyansının himayəsi altında təsdiq edilmiş əsas qərarlar, COP29 ərəfəsində mürəkkəb geosiyasi mühit fonunda iqlim danışıqları tarixində uğurlu dönüş nöqtəsi olub. Növbəti addımda biz COP30-un uğurla keçirilməsi üçün braziliyalı həmkarlarımızı dəstəkləməyə və onlarla əməkdaşlıq etməyə hazırıq", - deyə Yalçın Rəfiyev vurğulayıb.
Oxşar Mövzular
{title
Arash & Helena - One Day
2-02-2025, 19:14
{title
Gabry Ponte - Crusade
1-11-2024, 17:04
{title
Yulaf grissini resepti
16-04-2025, 12:41
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.