0
Çərşənbə axşamı
Yan 14

"Haber Global": Ukrayna ordusuna əsir düşən Şimali Koreya əsgəri nələr danışdı?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Yanvarın 9-da Ukrayna ordusuna əsir düşən iki Şimali Koreya əsgəri hazırda qapalı şəraitdə saxlanılır və müalicə alır.

King.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə məlumat verilir.

Süjetdə bildirlir ki, saxta Rusiya pasportuna malik əsgərlərdən biri çənəsindən yaralandığı üçün danışa bilmir. Lakin digəri ona ünvanlanan sualları aydın şəkildə cavablandırır.

"Bizə real döyüş şəraitində olduğu kimi təlim keçdiyimizi dedilər. Yanvarın 3-ü döyüş bölgəsinə gəldim, yoldaşlarımın yanımda öldüyünü gördüm. İki gün sonra özüm də yaralandım", - deyə hərbi əsir bildirib.

Daha ətraflı "Haber Global"ın videomaterialında:


Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.