Bazar ertəsi
Noy 11

"Araz-Naxçıvan" rekordunu təkrarlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Araz-Naxçıvan" bir mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

King.Az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi komanda cari çempionatda doqquzuncu dəfə qalib gəlib.

Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt"ı bir qolla məğlub edib.

"Araz-Naxçıvan" bunadək mövsüm ərzində ən çox qələbəni ötən çempionat əldə edib. Komanda 2023/24 mövsümünün 36 görüşündə 9 dəfə üç xala sevinib.

Bu dəfə Baxşıyevin başçılıq etdiyi komanda eyni sayda qələbəni 13 matçda qazanıb. Növbəti qələbə yeni rekordla əlamətdar olacaq.

Qeyd edək ki, Naxçıvan klubu mübarizəni erkən dayandırdığı çempionatı saymasaq, yüksək dəstədə dördüncü mövsümünü keçirir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.