Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.
King.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.
O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.
Belə ki, Şəki rayonu, Kiş kəndinin sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. "Kifoskolioz" diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında "Flosteron" və 5 ml-lik "Novokain" dərman qarışığı, həmçinin 2 ml "Etofleks" və 2 ml "Tiofleks" dərman preparatları vurulub.
Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. Qadın orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.
Məhkəmə 70 yaşlı həkim qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

Oxşar Mövzular

Raya Naynqqolan Azərbaycanın I Liqa klubuna keçir?
22-10-2024, 16:19
Bu şəhərdə küçədə siqaret çəkmək QADAĞAN EDİLƏCƏK
18-12-2024, 00:45
ABŞ-də məhbus vaxtından əvvəl edam olunmasını tələb edir
6-01-2025, 11:08
Dj Aqil & Eyyub Yaqubov - Kisidi Bu (Remix 2024)
29-12-2024, 22:46Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.