0
Çərşənbə axşamı
Yan 14

İraqda İranın təsirinin silinməsi prosesi başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"İraqda İranın təsirinin silinməsi prosesi başlanıb".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Livan Qüvvələri Partiyasının rəhbəri Səmir Ceaca bəyan edib.

O, "Hizbullah" və "Əməl" hərəkatının Livanın yeni hökuməti ilə əməkdaşlıq edəcəyinə ümidini ifadə edib.

"Hizbullah"ın siyasi layihəsi Livanın məhvinə səbəb oldu. Livan artıq İran İslam Respublikasının əlində kart deyil. Həmçinin, İraqda da Tehranın təsirinin aradan qaldırılması prosesi başlayıb", - deyə Ceaca əlavə edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.