Böyük Britaniyanın Kral Sikkəxanası yazıçı Corc Oruellə həsr olunmuş kolleksiya sikkəsi buraxıb.
King.Az-ın xəbərinə görə, bu barədə "24.kz" məlumat verib.
Məlumata görə, sikkənin nominal dəyəri 2 funt sterlinq təşkil edir. Unikal pul nişanı məşhur "1984" romanının müəllifinin vəfatının 75-ci ildönümünün şərəfinə yaradılıb. Sikkənin arxa tərəfində fotoaparatın obyektivi təsvir edilib ki, bu da romanda təsvir olunan cəmiyyətdə daimi müşahidə və nəzarətin simvoludur.
Obyektivin ətrafında məşhur "Böyük qardaş səni izləyir" ifadəsi yerləşdirilib, sikkənin kənarında isə romandan başqa bir sitat həkk olunub: "Həqiqət var idi, yalan da var idi".
Dizaynın elementləri və kitabdan sitatlar Oruellin öz əsərində çatdırdığı qorxu və manipulyasiya atmosferini təcəssüm etdirir.

Oxşar Mövzular
Təyyarə qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ necədir?
27-12-2024, 14:37
Tramp: "İran liderləri ABŞ ilə danışıqları bərpa etmək istəyirlər"
2-03-2026, 00:02Son iki ayda Günəşdə ən böyük partlayış qeydə alınıb
25-08-2025, 14:36