Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq "Sülh Qalxanı - 2026" adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.
King.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.
Qeyd edək ki, "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.
Oxşar Mövzular

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib
16-09-2024, 21:02Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
26-06-2025, 00:00"El-Klasiko": Komandaların start heyətləri məlum oldu
11-05-2025, 20:26