0
Sunday
Jan 12

ABŞ şirkəti insan görünüşlü robot təqdim edib

HASANLY
ABŞ-nin "Realbotix" şirkəti 175 min dollar dəyərində süni intellektli (Sİ) qadın robot təqdim edib.

King.Az-ın ixbt.com-a istinadən məlumatına görə, təşkilatın əsas missiyası insandan fərqlənməyən robot düzəltmək olub.

CES-2025 sərgisində ictimaiyyətə təqdim edilən robotlardan birinin adı "Melody"dir. O, üz ifadələrindən istifadə edə və sahibini yadda saxlaya bilir. "Melody" robot yoldaş yaratmaq məqsədilə hazırlanıb.

İstehsalçının nümayəndəsi izah edib: "Biz robotun insanla ünsiyyətini başqa səviyyəyə çıxarırıq. Bu, romantik tərəfdaş kimi bir şey ola bilər. Robot sizin kim olduğunuzu yadda saxlayır. Bu, oğlan və ya qız ola bilər. "O" filmini görmüsünüz? Biz bunu etməyə çalışırıq".


ABŞ şirkəti insan görünüşlü robot təqdim edib







Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.