Əfqanıstanla sərhəddə silahlı qruplaşmanın hücumunu dəf edərkən dörd pakistanlı hərbçi həlak olub.
King.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Toqquşma nəticəsində altı nəfər terrorçunun öldürüldüyü bildirilir. Qeyd olunur ki, terrorçuların məqsədi Şimali Vəziristan əyalətində yerləşən sərhəd-keçid məntəqəsini ələ keçirmək olub.
Oxşar Mövzular
Beynəlxalq qüvvələrin Qəzza zolağında yerləşdiriləcəyi tarix açıqlandı
11-10-2025, 15:15
Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
10-01-2026, 11:58