0
Bazar
Yan 12

Sərxoş halda toyuq kəsən kişinin başına iş gəldi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

King.Az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən yaralanıb.

O, əvvəl Ağstafa Mərkəzi Rayon Xəstəxanasına, sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, zərərçəkən sərxoş halda toyuq kəsən zaman ehtiyatsızlıqdan bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.