0
Cümə axşamı
Yan 09

İlham Əliyev Gürcüstanın baş nazirinə başsağlığı verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

King.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab baş nazir, Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.