0
Cümə
yan 03

Cənubi Koreya polisi prezident mühafizəsinin rəisinə qarşı cinayət işi açdı

HASANLY
Koreya Respublikası polisi prezidentin mühafizə xidmətinin rəisi Park Çon Çjun və onun müavinini vəzifə səlahiyyətlərinin icrası zamanı hakimiyyət orqanlarına müqavimət göstərməkdə şübhəli bilərək cinayət işi açıb.

King.Az-ın verdiyi məlumata görə, bu barədə "Hangyore" qəzeti xəbər verib.

Bildirilir ki, təhlükəsizlik xidmətinin rəisi prezidentin həbs orderi təqdim edilərkən bunu qanunazidd adlandırıb və iqamətgah ərazisində axtarışa icazə verməyib.

"Birgə istintaq qrupu bu gün Prezident Yun Sok Yolun həbs orderini icra etməyə başlayıb, lakin mühafizə xidməti qanunu pozaraq icranı əngəlləyib və buna görə də həbs başa çatdırılmayıb. Təhlükəsizlik xidmətinin rəisi və onun müavini barəsində itaətsizlik maddəsi ilə iş açılıb və onlara yanvarın 4-dək (dindirilməyə) gəlmələri barədə bildiriş göndərilib", - deyə polis məlumatında deyilir.

Bildirilir ki, müstəntiqlər yerli vaxtla təxminən 08:02-də (Bakı vaxtı ilə 03:02) prezident iqamətgahının ərazisinə daxil olublar, lakin təxminən 13:30-da (Bakı vaxtı ilə 08:30) "faktiki mümkünsüzlük" səbəbindən prezidenti həbs etmək cəhdindən imtina ediblər.

Bundan əlavə, hüquq-mühafizə orqanları dövlət başçısının həbs orderindən istifadə etməyə qərar verdiyi zaman Prezident Yun Sok Yola dəstək üçün təxminən 1.2 min insan mitinq keçirib.

Aksiya yerli vaxtla təxminən 07:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb. Asayişin qorunması üçün təxminən 2 700 polis cəlb edilib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.