Çərşənbə axşamı
Dek 31

Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ukrayna Prezidenti Volodimir Zelenski Roman Maşovetsi Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edib.

King.Az korrespondent.net-ə istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının saytında dərc edilmiş sərəncamda bildirilir.

Məlumata görə, Maşovets 2014-cü ilin iyul ayından Ukrayna ordusuna hərbi-texniki yardımın təşkili ilə məşğul olub. Onun Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin yaradılmasında böyük rolu olub. Maşovets Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri haqqında bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında qanunun müəlliflərindən biridir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.