Türkiyə musiqisinin sevilən səslərindən olan və 79 yaşında Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur müğənni Ferdi Tayfurun dəfn ediləcəyi tarix məlum olub.
Bu barədə King.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qaraciyər və böyrək çatışmazlığı səbəbindən həyatını itirən Ferdi Tayfurla yanvarın 4-də Türkiyə vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) Atatürk Mədəniyyət Mərkəzində vida mərasimi təşkil ediləcək. Sənətçi Emirgan Çınaraltı məscidində qılınacaq cənazə namazından sonra Yeniköydəki ailə qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Tayfur dekabrın 15-də Marmarisdəki evində özünü pis hiss edib, Muğlada müalicə aldıqdan sonra Antalyaya göndərilib və orada vəfat edib.
Qeyd edək ki, daha əvvəl onun beyin damarına stent qoyulub və 2020-ci ildə oğlundan böyrək köçürülüb.

Oxşar Mövzular

Premyer Liqa: XXX tura iki oyunla yekun vurulacaq
13-04-2025, 17:47Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı
27-06-2025, 15:59