Bazar ertəsi
Dek 30

İtaliya A Seriyası: "Milan"-"Roma" matçında qalib müəyyənləşmədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliya A Seriyasında 18-ci turun "Milan" - "Roma" matçı başa çatıb.

King.Az xəbər verir ki, San Siro (Cüzeppe Meazza) stadionundakı oyunda komandalar 1:1 hesabı ilə bərabərə qalıblar.

16-cı dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Teyani Reynders hesabı açıb. "Roma"nın cavab qolunu 23-cü dəqiqədə hücumçu Paulo Dibala vurub.

Beləliklə də, keçirdiyi 17 oyundan sonra "Milan" 26 xalla A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir. "Roma" eyni sayda oyundan sonra 19 xal toplayaraq 11-ci yerdə qərarlaşıb. İtaliya çempionatına 41 xalı olan "Atalanta" başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.