Bazar
Noy 24

"Bavariya" rəqibinin hücumçusu üçün 100 milyon avro təklif edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Bavariya" klubu "Bayer Leverkuzen"də çıxış edən Florian Virtsin transferi üçün 100 milyon avro təklif edəcək.

King.Az "Sky Sports"a istinadən xəbər verir ki, Münhen təmsilçisi almaniyalı vinger üçün bir neçə oyunçu da təklif edəcək.

Qeyd edək ki, "Bayer" Florian Virtsi 2021-ci ilin yayında "Köln" akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc oyunçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.