Bazar
Dek 29

Ovlama qaydalarını pozan şəxslərin ov hüququ məhdudlaşdırılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.

King.Az Prezident.Az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 272-1-cü maddəyə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.
Oxşar Mövzular
{title
Makaronun faydaları
31-12-2024, 01:46
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.