"Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib".
King.Az-ın "Tengrinews"a istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan baş nazirinin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.
Baş nazirin müavininin sözlərinə görə, hazırda araşdırmanı nəqliyyat nazirinin əmri ilə yaradılmış aviasiya qəzası komissiyası aparır.
"Komissiyanın işinə Azərbaycandan 6 nəfər, istehsalçı şirkətdən (Embraer) 2 nəfər ekspert cəlb olunub. Həmçinin bu gün Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) 3 mütəxəssisi işə başlayıb. Dövlətlərarası Aviasiya Komitəsindən (IAC) 3 nəfər, Rusiya Federasiyasından 2 nəfər işləyir", - deyə baş nazirin müavini bildirib.
Bozumbayevin vurğuladığı kimi, komissiya Mangistau vilayətində fəal şəkildə çöl tədqiqatları və analitik işlər aparır.
"Sabah biz ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ekspertini gözləyirik", - deyə o bildirib.

Oxşar Mövzular

Azərbaycan Kuboku: "Səbail"in rəqibi bəlli olur
14-10-2024, 12:52
PSJ-nin slovakiyalı futbolçusu "Qalatasaray"a keçid üçün razılıq verdi
24-12-2024, 15:00
Olavio Juninyo "Qarabağ"dan ayrıldı
13-01-2025, 16:43Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.