Çərşənbə axşamı
Dek 31

Mbappe dekabrda "Real"ın ən yaxşı oyunçusu seçilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Kilian Mbappeni dekabr ayı üçün "Real Madrid" ən yaxşı futbolçusu seçilib.

King.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

Fransız futbolçu azarkeşlərin səsverməsində yarımmüdafiəçilər Cud Bellingem və Federiko Valverde, müdafiəçi Antonio Rüdiger və hücumçu Rodriqo Qoesi qabaqlayıb.

Xatırladaq ki, Mbappe dekabrda "Real"ın heyətində altı oyuna çıxıb, beş qol vurub və iki məhsuldar ötürmə edib. Ümumilikdə İspaniya çempionatının bu mövsümündə futbolçu 16 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında da altı oyunda iki qolu və bir məhsuldar ötürməsi var.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.