Cümə axşamı
Yan 22

Qurban Qurbanov: "Öncə azarkeşlərimizi təbrik edirəm"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Öncə azarkeşlərimizi təbrik edirəm".

King.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçirilən "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.


O bildirib ki, bu qələbə azarkeşlərin haqqı idi:

"Onlar bu qələbəni bəlkə də bizdən də çox istəyirdilər. Oyunçularımı da gözəl qələbə münasibətilə təbrik edirəm. Çox intizamlı oyun göstərdik və bunun sayəsində də qələbə qazandıq. Azərbaycan futbolu adına çox sevindim".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.