ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Milad təbrikində Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandırıb və bəyan edib ki, Kanada əraziləri ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.
King.Az-ın xəbərinə görə, o bu barədə "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Kanada qubernatoru Castin Trüdonun Milad bayramı mübarək olsun. Onun vətəndaşlarına qoyulan vergilər olduqca yüksəkdir, lakin Kanada 51-ci ştat olarsa, o zaman onların vergiləri 60%-dən çox azalardı, bizneslərinin həcmi ikiqat artardı, özləri isə heç bir başqa ölkədə olmadığı kimi, qorunma altında olardılar", - deyə Tramp bildirib.
Bundan əlavə, ABŞ-nin yeni seçilmiş prezidenti "Panama kanalını diqqətlə, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl Çin əsgərləri"nin də Milad bayramını təbrik edib.
Tramp, həmçinin Qrenlandiyaya xoşbəxt Milad bayramı arzu edib, hansı ki, onun sözlərinə görə, "milli təhlükəsizlik məqsədləri üçün ABŞ-yə lazımdır və öz torpağında ABŞ-nin mövcudluğunu istəyir".
"Biz orada olacağıq", - deyə Donald Tramp əlavə edib.
Xatırladaq ki, Tramp daha əvvəllər də Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını istəyini Baş nazir Castin Trüdo ilə görüşündə zarafat şəklində ifadə etmiş və hətta bununla bağlı öz səhifəsində paylaşım belə etmişdi.

Oxşar Mövzular
Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək
1-02-2025, 13:52"Qarabağ" dünya klublarının reytinq siyahısında 12 pillə geriləyib
11-11-2024, 13:51