İsrailin Xarici işlər naziri Gideon Saar ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxdığını açıqlayıb.
King.Az xəbər verir ki, bu barədə newsru.co.il məlumat verib.
"İnsan Hüquqları Şurası israrla Yaxın Şərqdəki yeganə demokratiyanı - İsraili şeytan kimi qələmə verir", - XİN rəhbəri "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Xatırladaq ki, bir gün əvvəl, fevralın 4-də Donald Tramp ABŞ-nin BMT-nin İnsan Haqları Şurasından çıxması və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsini qadağan edən fərmanlar imzalayıb.