Şənbə
Dek 07

COVID-19-a qarşı daha bir vaksin hazırlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Gam-VLP-multivac" adlı yeni vaksini qeydə alıb.

King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısını almaq üçün SARS-CoV-2 virusa bənzər hissəciklərə əsaslanan yeni peyvəndi qeydə alıb. Bu vaksin biotexnoloji üsullarla yaradılıb və onun hazırlanmasında patogen SARS-CoV-2 virusundan istifadə edilməyib", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Rusiya tərəfindən hazırlanmış yeni nəsil peyvəndlərdən biridir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.