Şənbə
Dek 07

"TikTok" ABŞ-da qadağan edilə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Məşhur "TikTok" sosial şəbəkəsi ABŞ-də qadağan olunmaq təhlükəsi ilə üz-üzədir.

King.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kolumbiya Dairə Apellyasiya Məhkəməsi "TikTok"un Çindəki baş ofisinin amerikalı istifadəçilərin məlumatlarını topladığını əsas gətirib.

Qərara görə," TikTok" 2025-ci il yanvarın 19-na kimi satışa çıxarılmasa, ABŞ-də qadağan olunacaq. ABŞ və Çin arasındakı texnologiya müharibəsində mühüm cəbhəyə çevrilən "TikTok"un taleyi qarşıdakı dövrdə bəlli olacaq.

Məhkəmə, "TikTok" sosial şəbəkəsinə nəzarətin yerli şirkətə verilməsi tələblərini dəstəkləyib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.