Çərşənbə
Noy 27

Namibiyada eyni gündə iki seçki keçirilir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Namibiyada bu gün prezident və parlamentin Aşağı Palatasına seçkilər keçirilir.

King.Az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik postu uğrunda 15 namizəd, parlamentə düşmək uğrunda isə 24 partiya mübarizə aparır.

Qeyd edək ki, cari ilin fevral ayında Namibiyanın prezidenti Haqe Qotfrid Qeynqob 82 yaşında vəfat edib. Namibiya rəhbərinin səlahiyyətlərini əvvəllər vitse-prezident vəzifəsində çalışmış Nanqolo Mbumba icra edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.