Şənbə
Yan 18

"Mançester Siti" Erlinq Holandla müqavilə müddətini uzadıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Erlinq Holandla müqavilənin müddətini uzadıb.

King.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulub.

Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Erlinq Holand iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.