Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib ki, Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yüzlərlə yük maşını geri - Ermənistana qaytarılıb.
King.Az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklənmiş avtomobillər Yuxarı Lars sərhəd-keçid məntəqəsindən geri qaytarılıb.
Danielyan bildirib ki, sürücülərə səbəb kimi "fitosanitar problemlər" göstərilib.
Deputat əlavə edib ki, təkcə kənd təsərrüfatı məhsulları deyil, digər yüklər, xüsusilə də tikinti materialları da ciddi yoxlamalara məruz qalır.
Oxşar Mövzular
Kamçatkada növbəti zəlzələ olub
6-08-2025, 12:13İtalyan qapıçının transfer məbləği PSJ-nin istədiyindən az olacaq
24-08-2025, 15:16Jarico x Imanbek - All Night
30-09-2024, 14:03