0
Bazar ertəsi
Noy 18

BMT-nin Livandakı sülhməramlıları atəşə tutulub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
[center]Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrulu ölkənin cənubunda atəşə tutulub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə UNIFIL-in "X" hesabında məlumat verilib.

"Dünən günorta fransız və fin sülhməramlılarından ibarət UNIFIL Bedias kəndində xidmətlərini yerinə yetirərkən bir qrup şəxs "mavi dəbilqəlilər"in sərbəst hərəkət etməsinə mane olmağa çalışıb. Patrul maneəni keçərək planlaşdırılmış marşrut üzrə hərəkəti davam etdirməyə nail olub. Təxminən bir saat sonra patrul Maarake kəndini keçəndə ona atəş açılıb. Ehtimal edilir ki, qanunsuz qruplaşmaların üzvləri tərəfindən 40-a yaxın atəş açılıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, bəzi patrul maşınlarında güllə izləri aşkar edilsə də, sülhməramlılar xəsarət almayıb. Onlar dərhal hadisə barədə Livan ordusuna məlumat veriblər.
[/center]
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.