0
Cümə axşamı
Noy 07

Ermənistan XİN: "Azərbaycan tərəfi ilə görüşlə bağlı heç bir razılaşma yoxdur"

HASANLY
Azərbaycan və Ermənistan sülh sazişinin bütün mətni üzrə hələlik razılığa gəlməyiblər.

King.Az-ın xəbərinə görə, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər müavini Vaan Kostanyan brifinq zamanı deyib.

"Hazırda heç bir maddə üzrə Bakı ilə yekun razılaşma yoxdur", - deyə o bildirib.

Kostanyan əlavə edib ki, hazırda ölkə liderlərinin və ya xarici işlər qurumlarının rəhbərlərinin mümkün görüşü ilə bağlı razılaşma mövcud deyil.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.