Şənbə
Okt 26

"Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Coca-Cola" Avstriyada satışdan çıxarılan 28 milyon 0.5 litrlik plastik şüşəni geri çağıracaq.

King.Az "Austria Press Agentur"a istinadən xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin şüşələrin içinə daxil olması riskidir.

Qeyd olunur ki, az sayda şüşəyə metal fraqmentlərinin daxil olma ehtimalı var. Bu risklər istehsal zamanı xətanın baş verməsi səbəbindən yaranıb.

Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri çağırmaq qərarına gəlib. Bu partiyaya yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan "Coca-Cola", "Fanta", "Sprite" və "MezzoMix" içkiləri daxildir. Avstriyada belə böyük miqyasda məhsulun geri çağırılması ilk dəfə baş verir. Hazırda həmin içkilərə görə zərər çəkən qeydə alınmayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.