İsrail ordusuna (SAXAL) məxsus tank BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) mövqelərinə atəş açıb.
King.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə missiyanın saytında məlumat verilib.
"Bu səhər Kafr Kela yaxınlığında sülhməramlılar onların müşahidə qülləsinə atəş açan SAXAL-ın "Merkava" tankını görüblər", - məlumatda bildirilir.
Qeyd olunur ki, atəş nəticəsində iki kamera sıradan çıxıb, qüllə zədələnib.
Missiya, həmçinin mövqelərin dəfələrlə atəşə tutulduğunu bildirib.
"Biz SAXAL-a və bütün şəxslərə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək, eləcə də BMT-nin obyektlərinin toxunulmazlığına hər zaman riayət etmək öhdəliklərini xatırladırıq", - bəyanatda qeyd olunub.

Oxşar Mövzular
KİV: ABŞ Ukrayna münaqişəsinə soy qoymaqla bağlı yeni plan hazırlayıb
19-11-2025, 12:25Bu ilin doqquz ayında pensiya ödənişlərinə yönəldilən vəsait açıqlandı
13-10-2025, 14:38Məşhur qravür hərracda satılacaq
27-10-2025, 14:17