Cümə
Okt 11

Pakistanda kömür mədəninə silahlı hücum: Çox sayda ölən var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində terror aktı baş verib.

Bu barədə King.Az Associated Press-ə istinadən xəbər verir.

Məlumata görə, naməlum silahlılar kömür mədəninə silahlı hücum ediblər.

Nəticədə 20 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Ölənlər arasında mədəndə işləyən qonşu Əfqanıstan vətəndaşları da var.

Bildirilir ki, faciə oktyabrın 10-da axşam saatlarında terrorçular mədən ərazisinə basqın edib və bir yerə toplaşan mədənçiləri soyuqqanlılıqla güllələyiblər.

Hələlik regionda fəaliyyət göstərən ekstremist qrupların heç biri bu vəhşi cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib.

Maraqlıdır ki, mədəndə törədilən qanlı terror aktı Pakistanın paytaxtında böyük təhlükəsizlik sammitinin keçirilməsinə bir neçə gün qalmış baş verib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.