İspaniya La Liqasının 33-cü turu çərçivəsində son çempion Madrid "Real"ı səfərdə "Xetafe"nin qonağı olub.
King.Az xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.
"Kral klubu"nun türkiyəli yarımmüdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb - 0:1.
Minimal hesablı qələbədən sonra paytaxt təmsilçisi lider "Barselona"nın ən yaxın izləyicisi olaraq qalır. Hazırda əzəli rəqibləri cəmi 4 xal ayırır. "Xetafe" isə 39 xalla 12-ci pillədə qərarlaşıb.
Oxşar Mövzular

Gündəlik Bürclər-(10.04.2025)
10-04-2025, 00:00İngiltərə Premyer Liqası: "Brayton" "Çelsi"ni darmadağın etdi
15-02-2025, 11:05
