Bütün dünyada nəhəng onlayn servislərin işində böyük nasazlıqlar qeydə alınıb.
King.Az bu barədə "Downdetector" saytına istinadla xəbər verir.
Xüsusilə istifadəçilər müxtəlif "Google" xidmətlərinin, o cümlədən "Google Cloud", "Drive", "Meet", "Gmail", "Google Maps", həmçinin axtarış sistemi və "YouTube" videohostinqinin əlçatan olmamasından kütləvi şəkildə şikayət ediиlər.
"Google" artıq bildirib ki, nasazlıq barədə daxil olan məlumatları öyrənirlər.
Eyni zamanda "Amazon Web Services", "Cloudflare", "Spotify", "Discord", "Snapchat", "Twitch" və "OpenAI" daxil olmaqla əsas rəqəmsal platformaların işində də nasazlıqlar qeydə alınıb.
Oxşar Mövzular

Omlet, yoğurt, yoxsa sıyıq?
16-03-2026, 17:50
Alimlərdən inqilabi addım: Beyindəki şişlərə qarşı yeni metod
3-03-2026, 12:09