Cümə axşamı
Dek 19

Şotlandiyada nazirlərə "WhatsApp"dan istifadə qadağan ediləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə "WhatsApp" mesencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edib.

King.Az xəbər verir ki, bu barədə BBC Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbsun bəyanatına istinadən məlumat yayıb.

Forbes əlavə edib ki, "WhatsApp" və digər "qeyri-korporativ" mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından etibarən dayandırılacaq.

Birinci nazir müavininin sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız "Microsoft Teams" kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan ediləcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.