0
Bazar ertəsi
May 26

Qaraciyəri piylənmədən qoruyan içki

HASANLY

"Orta dərəcədə qəhvə qəbulu qaraciyərin sağlamlığına müsbət təsir edir və qaraciyərin piylənmə riskini azaldır".

King.Az xəbər verir ki, bunu amerikalı diyetoloq Kelsi Mur "WellnessPulse" nəşrinə müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, qaraciyər orqanizmdə əsas rol oynayır, qanın süzülməsinə, qida maddələrinin emalına və saxlanmasına, zəhərli birləşmələrin, o cümlədən spirt və narkotiklərin çıxarılmasına cavabdehdir. Xroniki xəstəliklərin qarşısının alınması üçün onun sağlamlığının qorunması vacibdir.

Mur diqqətə çatdırıb ki, çoxsaylı tədqiqatlar qəhvə qəbulu ilə qaraciyərin alkoqolsuz piylənməsi xəstəliyinin inkişafı riskinin azalması arasında əlaqə olduğunu göstərir:

"Bu xəstəlik əsasən tərkibində doymuş yağların çox olduğu qidaların uzun müddət istehlakı səbəbindən inkişaf edir".

Diyetoloq əlavə edib ki, qəhvə qaraciyərin fibrozuna qarşı qoruyucu təsir göstərə bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.