0
Cümə axşamı
May 29

Kino ulduzu Kevin Kostner zorakılıq səhnəsinə görə məhkəməyə verildi

HASANLY

Amerikalı kino ulduzu Kevin Kostner rejissoru olduğu "Horizons Part II" filmində kaskadyor və dublyor kimi yer alan Devin La Bella tərəfində məhkəməyə verilib.

King.Az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.

38 yaşlı aktrisanın qaldırdığı iddiaya görə, o, müvafiq protokollar olmadan zorakılıq səhnəsində iştirak etməyə məcbur qalıb. Bu səhnə öncədən ssenaridə yazılmayıb.

La Bellanın sözlərinə görə, aktrisa Ella Hant səhnədə çəkilməkdən imtina etdikdən sonra o, xəbərdarlıq, hazırlıq və ya razılıq olmadan dublyor kimi çəkiliş meydançasına gətirilib.

İddiada deyilir ki, baş verənlər əvəzedici aktrisanın hislərini alçaldıb və qadın travma alıb.

Hadisə 2023-cü il mayın 2-də Yuta ştatında çəkilən filmdə baş verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.