0
Cümə axşamı
Yan 16

Kinorejissor Devid Linç vəfat etdi

HASANLY
Amerikalı kinorejissor Devid Linç 78 yaşında vəfat edib.

King.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

O, böyük nailiyyətlərinə görə "Oskar" mükafatına (2019), həmçinin Kann Film Festivalında Palma budağına və Venesiya Film Festivalında fəxri Qızıl Şirə layiq görülüb.

Linçin rejissorluq üslubunun xarakterik xüsusiyyətləri sürrealizm mövzularıdır. Onun filmlərindəki süjet elementlərini izah etmək çətindir. Linç ən çox triller janrında işləyib. O, "Blue Velvet", "Lost Highway", "Inland Empire" və "Mulholland Drive" kimi filmlərin, eləcə də 1990-cı illərdə televiziya dramaturgiyasının qanunlarını pozan "Twin Peaks" teleseriallarının yaradıcısıdır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.