1
Şənbə
May 24

Kanadada dinozavrlar dövrünə aid unikal dəniz bədheybəti barədə məlumat verildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Kanadada alimlər Mezozoy erasına aid yeni bir dəniz yırtıcısı - "Traskasaura sandrae" adlı qədim sürünəni rəsmi olaraq elmə təqdim ediblər.

King.Az xəbər verir ki, bu barədə məlumat nüfuzlu "Journal of Systematic Palaeontology" jurnalında dərc olunub.

Yeni növün təqribən 85 milyon il əvvəl yaşadığı bildirilir. Uzunluğu 12 metrə çatan bu nəhəng dəniz canlısı 50-dən çox boyun fəqərəsinə sahib olub. Onun güclü və iti dişləri ammonit kimi sərt qabıqlı canlıları asanlıqla əzməyə imkan verib.

"Traskasaura"nın qalıqları hələ 1988-ci ildə Vankuver adasında tapılsa da, alimlər yalnız indi bu canlıya tamamilə yeni bir cins və növ kimi rəsmi status veriblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.