7
Sunday
Feb 23

King.Az və Fine.Az saytlarına Məqalə Əlavə Etmək qaydası

HASANLY
Salam, King.Az və Fine.Az saytının əziz istifadəçiləri. Sizlər üçün sayta Məqalə Əlavə Etmək qaydasını hazırladım. İstədiyiniz mövzu barəsində məqalələri saytımıza əlavə edib oxucular üçün paylaşa bilərsiniz.
Aşağıdakı şəkillərdə hər şeyi ətraflı izah etmişəm. Sualı olan şərh bölməsində yazıb soruşa bilər.

Saytda qeydiyyatdan keçdikdən sonra profil şəkli olan yerə daxil oluruq.

King.Az və Fine.Az saytlarına Məqalə Əlavə Etmək qaydası

Sonra açılan paneldə Məqalə əlavə et yazısına daxil oluruq.



Yeni açılan səhifədə lazımı xanaları doldururuq.

Xəbərin başlığını yazırıq , sonra Bölmə yerində xəbərə uyğun bölməni seçirik.

Daha sonra işarələdiyim yerə klik edib xəbərə aid şəkli əlavə edirik.



Klik etdikdən sonra açılan pəncərədə Kompyuterdən yükləmək üçün fayl seçin yazısına daxil oluruq və xəbərə aid şəkli seçirik. Şəkil özü avtomatik olaraq yüklənir. Yükləndikdən sonra şəkli seçirik və Seçilmişi əlavə et yazısına klik edirik , şəkil linki panelə əlavə olunur.





Yükləndikdən sonra növbəti panelə Tam xəbər mətnini əlavə edirik. Aşağıdakı şəkildə göstərilib.



Tam mətni əlavə etdikdən sonra Göndər yazısına klik edirik və məqaləni sayta yükləmiş oluruq.


Qeyd: Sayta göndərilən bütün məqalələr Adminlər tərəfdən yoxlanıldıqdan sonra saytda nümayiş edilir.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.