Ramazan ayının yeddinci gününün İmsak, İftar vaxtları və Duaları
25.02.2026-cı il
İmsak: 05:56
İftar: 18:41
Ramazan ayının yeddinci gününün duası
Allahummə əinni fihi alə siyamihi və qiyamihi və cənnibni fihi min həfəvatihi və əsamihi vərzuqni fihi zikrəkə bidəvamihi bitəvfiqikə ya hadiyəl-mudillin.
Tərcüməsi:
İlahi! Bu günün orucunu və ibadətini yerinə yetirməkdə mənə kömək et. Məni səhvlərdən və günahlardan uzaqlaşdır. Öz köməyinlə mənə daim Səni zikr etməyi nəsib et, ey azanlara doğru yolu göstərən!
İftar duası
Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu.
Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli.
Tərcüməsi:
İlahi! Sənin üçün oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və Sənə təvəkkül etdim.
Rəhman və Rəhim Allahın adı ilə. Ey bağışlaması geniş olan Allah, məni bağışla.
Allah orucunuzu qəbul eləsin!