İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatında tətbiq edilən məcburi su fasilələrinin futbola təsiri barədə açıqlama verib.
King.Az xəbər verir ki, nüfuzlu BBC nəşrinə danışan almaniyalı mütəxəssis mundialdakı bu yeniliyin matçın gedişatına və tempinə gözlədiyindən qat-qat böyük təsir göstərdiyini vurğulayıb.
"Artıq düşünürəm ki, bu fasilələr oyuna mənim əvvəlcə təsəvvür etdiyimdən daha ciddi təsir göstərir. Bəli, əvvəllər də dözülməz istilərin olduğu matçlarda analoji fasilələr verilirdi. Bu, zərurət idi, lakin həmin fasilələr daha qısa müddətə və yalnız bir neçə oyunda tətbiq olunurdu. İndi isə ədalət prinsipinə görə bu, hər matçda təkrarlanır. Beləliklə, oyun praktiki olaraq dörd hissəyə bölünmüş olur. Bu da qarşılaşmanın ümumi xarakterini düşündüyümdən daha çox dəyişir", - deyə T.Tuxel qeyd edib.
Xatırladaq ki, DÇ-2026-nın qaydalarına əsasən, hər hissənin tən yarısında komandalar üçün məcburi 3 dəqiqəlik su fasiləsi həyata keçirilir.
Oxşar Mövzular
Qaxda hovuza girən kişi öldü
11-08-2025, 00:32

