Bazar ertəsi
Avq 11

Qaxda hovuza girən kişi öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qaxa istirahətə gələn 54 yaşlı kişi dünyasını dəyişib.


King.Az xəbər verir ki, Kürdəmir rayonundan Qaxa istirahətə gələn 1971-ci il təvəllüdlü Namiq Əliabbas oğlu Kərimov rayonun Ağcay kəndində hovuzda çimərkən halı pisləşib.


O, Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, N.Kərimov xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.