Şənbə
İyn 20

DÇ-2026: Türkiyə millisi pley-off şansını itirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Türkiyə və Paraqvay milliləri üz-üzə gəliblər.

King.Az xəbər verir ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu start fitindən 2 dəqiqə sonra Matias Qalarsa vurub.

Qeyd edək ki, Paraqvay millisinin futbolçusu Miquel Almiron 1-ci hissənin sonunda birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna səbəb qarşılaşma zamanı yaşanan gərginlikdə futbolçunun ağzını qapadaraq danışması olub. Yeni qaydalara əsasən, futbolçuların əli ilə ağızlarını bağlaması qadağandır.

Beləliklə, D qrupunda 2-ci turdan sonra ABŞ millisi maksimum nəticə ilə liderlik edir və pley-offa vəsiqəni artıq təmin edib. Avstraliya və Paraqvay milliləri 3 xal toplayıblar. Türkiyə millisi isə iki məğlubiyyətlə sonuncu yerdədir və pley-offa vəsiqə qazanmaq şansını itirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.