Bazar ertəsi
Mar 09

Çində neyrointerfeyslərin 3-5 il ərzində geniş tətbiqi proqnozlaşdırılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çində "beyin-kompüter" neyrointerfeyslərinin yaxın 3-5 il ərzində geniş istifadəyə verilə biləcəyi bildirilib.

King.Az xəbər verir ki, məlumatı Ferra.ru yayıb.

Çinin Siçuan Beyin Elmləri İnstitutunun direktoru Yao Dejunun sözlərinə görə, texnologiya inkişaf etdikcə bu sistemlər tədricən əhalinin istifadəsinə veriləcək.

Qeyd olunur ki, ölkənin yeni beşillik iqtisadi inkişaf planında neyrointerfeyslər kvant texnologiyaları, 6G rabitəsi və termonüvə sintezi ilə yanaşı gələcəyin əsas sahələrindən biri kimi göstərilib.

Hazırda Çində invaziv neyrointerfeyslər üzrə ondan çox klinik sınaq aparılır və bu göstəriciyə görə ölkə ABŞ ilə eyni səviyyəyə çatıb. Bu il isə 50-dən çox pasiyentin sınaqlara cəlb olunması planlaşdırılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.