Cümə
İyn 12

DÇ-2026-nın açılışında FACİƏ: Futbol həyəcanı ölümə səbəb oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

DÇ-2026-nın açılışında - Meksika və Cənubi Afrika Respublikası milli komandalarının (2:0) qarşılaşması zamanı "Asteka" stadionunun yaxınlığında almaniyalı futbol azarkeşi ölüb.

King.Az "Ole" nəşrinə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Almaniya vətəndaşıdır və onun 81 yaşı var idi.

İlkin ehtimallara əsasən, yaşlı azarkeş infarkt keçirib. O, dərhal Milli Kardiologiya İnstitutuna çatdırılsa da, həkimlər onun ölümünü təsdiqləyiblər.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək. Nüfuzlu turnirdə hər birində dörd komanda olmaqla 12 qrupa bölünmüş 48 milli yığma iştirak edəcək. Üç ev sahibi ölkə (ABŞ, Kanada və Meksika) turnirdə birbaşa iştirak hüququ əldə edib, qalan komandalar isə müvafiq seçmə mərhələlərdən keçiblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.