Çərşənbə
Noy 27

"Toyota" ən qədim idman kupesini "dirildəcək"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Yaponiya avtomobil istehsalçısı "Toyota" məşhur "Celica" modelini yenidən istehsal etməyə hazırlaşır.

King.Az xəbər verir ki, bu barədə Motor1.com məlumat yayıb.

"Toyota"nın "Celica"nı yenidən istehsal edəcəyi barədə xəbərlər ilk dəfə 2023-cü ildə yayılmışdı.

Həmin vaxt Yaponiyada keçirilən avtoralli çərçivəsində "Toyota"nın direktorlar şurasının sədri Akio Toyoda bu modelə olan sevgisindən bəhs etmişdi. Bunun ardından, aprel ayında vəzifəyə başlayan "Toyota Motor"un yeni prezidenti Kodzi Sato "Celica"nı yenidən istehsal etməklə bağlı istəklərini ifadə etmişdi.

Beləliklə, "Toyota Celica" sevənlər üçün əfsanəvi modelin geri dönüşü reallaşacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.